Ana Sayfa > Karusel / Dünya / M2 > Yeni Zelandiyada 50 nəfərin ölümünə səbəb olan terrorçu ömürlük həbs ediləcək

Yeni Zelandiyada 50 nəfərin ölümünə səbəb olan terrorçu ömürlük həbs ediləcək


22-03-2019, 19:23. Yazar: xeber
Yeni Zelandiyanın Kraystçerç şəhərindəki iki məscidə silahlı hücum edən terrorçu ömürlük həbs cəzası alacaq.
Xəbəraz.Az-ın məlumatına görə, bunu Yeni Zelandiya Baş nazirinin müavini Uinston Piters İstanbulda İslam Əməkdaşlıq Təşkilatının hadisə ilə əlaqədar təcili iclasında çıxış edərkən deyib.
O bəyan edib: "Bu, hamımıza hücum deməkdir. Bununla əlaqədar olaraq ölkə tarixində ən böyük polis araşdırması aparılır. Terrorçu ömrünün qalan hissəsini biradamlıq kamerada keçirəcək".
Xatırladaq ki, martın 15-də avstraliyalı Brenton Tarant Yeni Zelandiyanın Kraystçerç şəhərindəki iki məsciddə insanlara atəşə açıb. Hadisə nəticəsində 50 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
Geri dön