Ana Sayfa > Karusel / Gündəm > Məşhur həkim ATU-nun Tədris Terapevtik klinikasından getdi
Məşhur həkim ATU-nun Tədris Terapevtik klinikasından getdi21-03-2019, 14:13. Yazar: xeber |
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında baş verən neqativ hallarla bağlı məlumat vermişdik.Xəbəraz.Az xəbər verir ki,faktinfo.az-ın əldə etdiyi məlumata görə,ATU-nun Tədris Terapevtik Klinikası ilə bağlı olan qeyrimüəyənlik son aylarda nüfuzlu və peşəkar həkimlərin oranı tərk etməsi ilə də nəticələnir. Belə ki,Klinikanın Ürək-Damar Mərkəzində Kardioloq-Aritmoloq həkimFərid Əliyev nəinki özü,onunla birlikdə çalışan həkim korpusu ilə birgə ATU-nun Tədris Terapevtik Klinikasını tərk edib,Bakı Sağlamlıq Mərkəzində çalışmağa üstünlük verib.Bütün bunlar isə uzun müddətdir klinikada sağlam mühitin olmamasından,hardasa narazılıqların varlığından xəbər verir. Eləcə də,ATU-nun sözü gedən klinikasına yeni təyin olunanbaş həkim və direktorlabağlı təyinatlar da kollektivdə təəccüb doğurur.Belə ki,baş həkim və direktorun elmi dərəcələri olmadan Tədris Terapevtik Klinikasına rəhbər vəzifələrə təyin olunması,indiyə qədər orada baş verməyən istisna hal kimi danışılır.O da qeyd olunur ki,söz-söhbətin "böyüməməsi" üçün baş həkimi sonradan ATU-nun kafedralarından birinə assent vəzifəsinə işə götürüblər. Faktinfo.az-a Kardioloq-Aritmoloq Fərid Əliyevin Bakı Sağlamlıq Mərkəzində işləməsini təsdiqləsələr də sayt ATU-nun sözügedən klinikası ilə bağlı digər suallara cavab ala bilmədi. Geri dön |