Ana Sayfa > Karusel / Gündəm > Novruz tədbirlərinin ünvanları açıqlandı

Novruz tədbirlərinin ünvanları açıqlandı


19-03-2019, 20:54. Yazar: xeber
Novruz bayramı ilə əlaqədar Bakıda keçiriləcək əsas tədbirlərin ünvanları açıqlanıb. 
Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, tədbirlər 11 ünvanda keçiriləcək.
 
Tədbirlərin keçiriləcəyi yerlərin ünvanlarını təqdim edirik:
 
Yasamal rayonu:
- Yasamal parkı, A.Abbasov küçəsi;
 
Səbail rayonu:
- Badamdar qəsəbəsi, Heydər Əliyev parkı;
 
Nərimanov rayonu:
- “Gənclik” m/s-nın çıxışı, F.Xoyski prospekti, 79, “Qələbə” meydanı;
 
Sabunçu rayonu:
- Bakıxanov qəsəbəsi, Sülh küçəsi, Bakı Gənclər Mərkəzinin qarşısı, Heydər Əliyev adına park;
 
Pirallahı rayonu:
- Pirallahı qəsəbəsi, Gənclər Parkı;
 
Xətai rayonu:
- Ukrayna dairəsinin yanında yerləşən Heydər Əliyev parkı;
 
Nəsimi rayonu:
- Zorge bağı, Vaqif prospekti ilə S.Vurğun küçəsinin kəsişməsi;
 
Xəzər rayonu:
- Mərdəkan qəsəbəsi, Heydər parkı;
 
Binəqədi rayonu:
- Heydər Əliyev adına istirahət parkı;
 
Suraxanı rayonu:
- “Atəşgah məbədi” Dövlət Tarix Memarlıq Qoruğunun ərazisi;
 
Nizami rayonu:
- Heydər bağı, Park Bulvar (B.Nuriyev küçəsi);
 
Qaradağ rayonu:
- Lökbatan qəsəbəsi, Heydər Əliyev parkı
Geri dön