Ana Sayfa > Karusel / İqtisadiyyat / Gündəm > "Kupça"ların verilməsi ilə bağlı VACİB QƏRAR
"Kupça"ların verilməsi ilə bağlı VACİB QƏRAR19-03-2019, 12:30. Yazar: xeber |
Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiqləyən dövlət reyestri çıxarışlarının kağız formada təqdim edilməsi prosedurları tamamilə aradan qaldırılır. Bununla bağlı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna dəyişikliklərin edilməsi təklif olunur. Bu dəyişikliklərə əsasən, çıxarışların yalnız elektron üsulla təqdim olunması nəzərdə tutulur. Yeni təklifllərdə qeyd edilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanının elektron üsulla təqdim etdiyi dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Qanun layihəsinə dəyişikliklər Milli Məclisin martın 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. Geri dön |