Ana Sayfa > Karusel / Siyasət / Gündəm / M2 > Qobustan qapalı tipli həbsxanasında 2 nəfər azadlığa buraxıldı - FOTO

Qobustan qapalı tipli həbsxanasında 2 nəfər azadlığa buraxıldı - FOTO


18-03-2019, 06:53. Yazar: Xeberaz
Qobustan qapalı tipli həbsxanasında 2 nəfər azadlığa buraxıldı -FOTO

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Qobustan qapalı tipli həbsxanasında da icra olunub. 
"Xeberaz.Az" xəbər verir ki, bu cəzaçəkmə müəssisəsində 2 nəfər azadlığa buraxılıb və onlara buraxılış arayışları təqdim olunub. 
Bundan əlavə, 2 məhbusun cəzası 20 ilə, 1 məhkumun cəzası isə 25 ilə endirilib. Ümumilikdə, sərəncam Qobustan qapalı tipli həbsxanasında cəza çəkən 5 nəfərə şamil olunub. 
Xatırladaq ki, Prezident İlham Əliyevin martın 16-da imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı, ümumilikdə, 431 nəfərə şamil olunub.
  • Qobustan qapalı tipli həbsxanasında 2 nəfər azadlığa buraxıldı -FOTO



Geri dön