Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Lənkəranda mənzildə partlayış olub

Lənkəranda mənzildə partlayış olub


16-03-2019, 04:18. Yazar: Xeberaz
Lənkəranda mənzildə partlayış olub

Lənkəranda 5 mərtəbəli binada partlayış olub.
"Xeberaz.Az"-ın məlumatına görə, partlayış şəhərin 2-ci mikrorayon ərazisində baş verib.
Hadisə nəticəsində Z.Əliyeva küçəsi, ev 78/3, mənzil 11 ünvanında kirayə qalan 1997-ci il təvəllüdlü Xəlilzadə Cəmil Əliməmməd oğlu müxtəlif xəsarətlər alıb. O dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. C.Xəlilzadəyə hər iki əlinin, sifət və boyun nahiyəsinin 1-ci və 2-ci dərəcəli termiki yanığı diaqnozu qoyulub.
İlkin ehtimala görə, hadisəyə səbəb qaz sızması olub.
Qeyd edək ki, Masallı rayon Zuvand kənd sakini olan C.Xəlilzadə LDU-nun tələbəsidir
Geri dön