Ana Sayfa > Karusel / İdman > Çempionlar Liqasında 1/4 və 1/2 finalın püşkü atıldı

Çempionlar Liqasında 1/4 və 1/2 finalın püşkü atıldı


15-03-2019, 16:42. Yazar: xeber
Bu gün Çempionlar Liqasında 2018/2019 mövsümünün 1/4 və 1/2 final mərhələsinin püşkü atılıb.
İsveçrənin Nyon şəhərindəki tədbirdə hər iki mərhələnin cütlükləri müəyyənləşib.

Çempionlar Liqası
1/4 final mərhələsi
"Ayaks" (Hollandiya) - "Yuventus" (İtaliya)
"Liverpul" (İngiltərə) - "Portu" (Portuqaliya)
"Tottenhem" (İngiltərə) - "Mançester Siti" (İngiltərə)
"Barselona" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)

1/2 finalda mərhələsində qarşılaşacaqlar
"Tottenhem" - "Mançester Siti" / "Ayaks" - "Yuventus"
"Barselona" - "Mançester Yunayted" / "Liverpul" - "Portu"
Qeyd edək ki, 1/4 final mərhələsində ilk oyunlar aprelin 9-10-da, cavab qarşılaşmaları isə 16-17-də keçiriləcək. Yarımfinalda isə ilk görüşlər 30 aprel-1 may, cavab matçları isə 7-8 may tarixlərində olacaq.
Geri dön