Ana Sayfa > Karusel / Hadisə / M2 > Göyçayda yaşayış evində yanğın

Göyçayda yaşayış evində yanğın


11-03-2019, 07:11. Yazar: Xeberaz
Göyçayda yaşayış evində yanğın

Göyçay rayonunda yanğın hadisəsi baş verib.
"Xeberaz.Az" xəbər verir ki, hadisə saat 20:30 radələrində rayonun Kürdəmiş kəndində qeydə alınıb.
Kənd sakini Kamil Teymurova məxsus ev anidən alovlanıb. Hadisə yerinə dərhal FHN-in Göyçay və Ucar Dövlət Yanğından Mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının söndürülməsi davam etdirilir və ətraf tikililər yanğından mühafizə olunur.
Faktla bağlı araşdırma aparılır.
Geri dön