Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Azərbaycanda yazıçı qəfil ürək tutmasından öldü

Azərbaycanda yazıçı qəfil ürək tutmasından öldü


9-03-2019, 13:39. Yazar: xeber

Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Şamaxıda yaşayıb-yaradan yazıçıƏvəz Süleyman dünən axşam saatlarında qəfil ürək tutmasından vəfat edib.

Bu barədə yazar Südabə Sərvi sosial şəbəkədə məlumat paylaşıb:

“Bakıdan Şamaxıya qayıdarkən maşını kənara çəkib saxlaya bilib. Ona zəng etsələr də, zəng çatmayıb. Bundan sonra övladları axtarışına başlayıb...
... Yazıçının gözəl və düşündürücü hekayələri var. Onun "Şİr kölgəsi” hekayəsi mənim də sevə-sevə oxudugum hekayələrdəndir...
... Əvəz Süleyman məhz kölgəsiz yazıb-yaradan qələm sahiblərindən idi.
Allahdan mərhumun ailəsinə, oglu Hacı Elnur bəyə və yaxınlarına səbir diləyirəm.
Dəfn bu gün Şamaxı şəhərində olacaq”.
(modern.az)


Geri dön