Ana Sayfa > Karusel / Hadisə / M2 > Stavropoldakı qəzada yaralananların vəziyyəti AÇIQLANDI

Stavropoldakı qəzada yaralananların vəziyyəti AÇIQLANDI


8-03-2019, 07:42. Yazar: Xeberaz
Stavropoldakı qəzada yaralananların vəziyyətiAÇIQLANDI

Stavropolda baş vermiş qəzada yaralananların vəziyyəti yaxşılığa doğru gedir.
"Xeberaz.Az"xəbər verir ki, bu barədə jurnalistlərə Stavropol Səhiyyə Nazirliyindən məlumat verilib.
Xatırladaq ki, qəza zamanı üç Azərbaycan vətəndaşı və yük maşının sürücüsü xəsarət alıblar. Həkimlərin sözlərinə görə, yaralıların hamısının səhhətində müsbət dinamika müşahidə olunur. Onlardan ikisi xəstəxananın reanimasiya şöbəsində müalicə alır. Həmin xəstələrin vəziyyəti çox ağırdır və müalicələri uzun müddət davam edəcək. Daha iki yaralının müalicəsi gələn həftə başa çata bilər.
Xatırladaq ki, qəza dünən Rusiyanın Stavropol diyarı ərazisində baş verib. Azərbaycandan Moskvaya gedən “Mercedes” markalı mikroavtobus yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində altı azərbaycanlı həlak olub, dörd nəfər, o cümlədən yük maşının sürücüsü xəstəxanaya yerləşdirilib.
Geri dön