Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Azərbaycanın iki hərbçisi qar uçqununa düşüb

Azərbaycanın iki hərbçisi qar uçqununa düşüb


7-03-2019, 20:20. Yazar: xeber
Azərbaycan Ordusunun iki hərbi qulluqçusu - gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər.
Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. 
Hazırda hərbi qulluqçuların tapılması üçün ixtisaslı xilasedicilərin iştirakı və xüsusi texnikanın cəlb edilməsi ilə axtarış-xilasetmə əməliyyatı həyata keçirilir.

Geri dön