Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Qatar qəzasında həbs edilən şəxs AZADLIĞA BURAXILDI

Qatar qəzasında həbs edilən şəxs AZADLIĞA BURAXILDI


6-03-2019, 14:55. Yazar: xeber

 

Bakıda qatarla avtobusun toqquşması faktına görə saxlanılan şəxs azadlığa buraxılıb.
Xəbəraz.Az ONA-ya istinadən xəbər verir ki, "Ayşən LTD” MMC-də dispetçer işləyən Mübariz Fərəcovun barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənib.

Qeyd edək ki, ötən il oktyabrın 1-də paytaxtın Xəzər rayonunda qorunan dəmir yolu keçidində yük qatarı ilə Şirəliyev Əlixan Əlibala oğlunun 160 nömrəli marşrut üzrə idarə etdiyi "Ayşən LTD" MMC-yə məxsus "Daewoo" markalı sərnişin avtobusu toqquşub. Nəticədə 2006-ci il təvəllüdlü Dadaşzadə Yusif Tahir oğlu və 1962-ci il təvəllüdlü Əliyev Şakir Pənah oğlu ölüb, 40 sərnişin xəsarəti alıb.

Ə. Şirəliyevlə birlikdə tibbi müayinədən keçirilməyən avtomobili reysə buraxımış M. Fərəcov saxlanılıb, barələrində həbs qətimkan tədbiri seçilib.
Geri dön