Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Rusiyada qəzada ölən azərbaycanlıların adları bilindi

Rusiyada qəzada ölən azərbaycanlıların adları bilindi


6-03-2019, 14:36. Yazar: xeber
Rusiyanın Stavropol diyarında baş vermiş ağır yol-nəqliyyat qəzasında ölən azərbaycanlıların adları məlum olub.Azərbaycandan Moskvaya gedən avtomobilin yük maşını ilə toqquşması nəticəsində altı nəfər həyatını itirib.
Onlar Həsənov Rəsul Ənvər oğlu, İsmayılov Şəmsi Tanrıverdi oğlu, Əhmədov Namiq Tohid oğlu, Abdullayev Ələmdar Niftalı oğlu, Quliyev Vüsal Əli oğlu və Şirinov Xəyal Hamlet oğludur.
Qəzada yaralanan daha beş nəfər Nevinnomıssk xəstəxanasına yerləşdirilib.
Geri dön