Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Rusiyada dəhşətli qəza- 6 Azərbaycan vətəndaşı öldü

Rusiyada dəhşətli qəza- 6 Azərbaycan vətəndaşı öldü


6-03-2019, 11:47. Yazar: xeber
Rusiyada qəzada
Rusiyanın Stavropol diyarının Koçubeevski rayonunda “Mercedes Vito” markalı miniven “ZİL” markalı yük avtomobili ilə toqquşub. Hadisə  nəticəsində 6 Azərbaycan vətəndaşı ölüb, 5 nəfər isə xəsarət alıb. 
4 nəfər hadisə yerində, 2 nəfər isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Məlumata görə, hadisə səhər saat 5 radələrində baş verib. Minivenin içərisində 8 Azərbaycan vətəndaşı olub. Sərnişinlər Azərbaycandan Moskvaya gedirmiş.
Qəzanın səbəbləri araşdırılır.
Geri dön