Ana Sayfa > Karusel / Gündəm > Nazirlik Novruz bayramı ilə bağlı əhaliyə müraciət etdi

Nazirlik Novruz bayramı ilə bağlı əhaliyə müraciət etdi


5-03-2019, 21:03. Yazar: xeber
Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib. 
Xəbəraz.Az xəbər verir ki, müraciətdə deyilir:
"Hər birimiz üçün əziz olan Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarını bilmək vacibdir: 
- bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır;
- tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır;
- tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır;
- tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər;
- yandırılan şamlar nəzarətsiz qalmamalıdır.
Geri dön