Ana Sayfa > Karusel / Gündəm > Əfv Komissiyasının iclası keçirilib, 500-dən çox müraciətə baxılıb

Əfv Komissiyasının iclası keçirilib, 500-dən çox müraciətə baxılıb


5-03-2019, 19:11. Yazar: xeber
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
İclasda 100-dən çox müraciətə baxılıb və onların əksəriyyətinə haqqında müsbət rəy verilib. İndiyədək keçirilən iclaslarda 500-dən çox müraciətə baxılıb.
Qeyd edək ki, komissiyaya 1000-dək müraciət daxil olub. İclaslar yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq.
Xatırladaq ki, Novruz bayramı ərəfəsində əfv olacağı gözlənilir.
Geri dön