Ana Sayfa > Karusel / Gündəm > “Bəziləri Azərbaycanı baltalamaq istəyir” - QMİ sədri

“Bəziləri Azərbaycanı baltalamaq istəyir” - QMİ sədri


5-03-2019, 14:37. Yazar: xeber

 
"Bu gün xaricdə bəzi insanlar, bəzi qardaşlarımız Azərbaycana zərbə vurmaq, onu baltalamaq istəyir".
Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

O bildirib ki, haqqı eşidib onu müdafiə etməmək özü də bir günahdır: "Bu gün biz dövlətimizi neçə qoruyuruq? Ölkəni qorumaq onu avtomatla qorumaq deyil ki? Dövləti müdafiə etmək həm də dövlət rəhbərinin fikirlərini müdafiə etmək, onun dediklərini yerinə yetirməkdir. Bunu əksini edənlər dövlətçiliyimizi bilməyənlərdir. Bunu arxasında dayanan bəzi qüvvələr var.

QMİ sədri Prezident İlham Əliyev mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşünə də toxunub: "Prezident mədəniyyət işçiləri görüşdü, ona çoxlu suallar verildi. Bəs soruşum görüm bu dövləti, onun rəhbərini qorumaq, onun dediklərini yerinə yetirmək üçün siz ictimaiyyət, ziyalılar nə edirsiniz, atdığınız addımlar nələrdən ibarətdir? Biz bunu gözləyirik. Mən də bunu gözləyirəm". (Report)
Geri dön