Ana Sayfa > Karusel / Gündəm > İtkin düşən fotoqrafın meyiti tapıldı

İtkin düşən fotoqrafın meyiti tapıldı


28-02-2019, 15:04. Yazar: xeber
İtkin düşən fotoqrafın meyiti tapıldı
Bir neçə gün öncə itkin düşən şəxsin meyiti aşkarlanıb.Xəbəraz.Az Trend-ə istinadən xəbər verir ki, cəsədin fevralın 22-dən itkin düşən 1990-cı il təvəllüdlü Pərviz Quliyevə məxsus olduğu deyilir.
Sumqayıt şəhərində, dəniz kənarında asılmış aşkarlanan meyit müayinə olunmaq üçün ekspertizaya təhvil verilib. Hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, P. Quliyev sonuncu dəfə metronun “Azadlıq prospekti” stansiyasının yaxınlığında görünüb. O, itkin düşən zaman əynində qara rəngli gödəkcə və cins şalvar olub.
Bu məqamda bildirək ki, Pərviz ANS TV-nin keçmiş əməkdaşı, “Primetime” saytının montajçısı olub. 
Geri dön