Ana Sayfa > Karusel / Gündəm > Sabahdan havalar pisləşəcək - PROQNOZ

Sabahdan havalar pisləşəcək - PROQNOZ


26-02-2019, 16:48. Yazar: xeber

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı  gözlənilir. Gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu  Bakıda və Abşeron yarımadasında gecə 3-6, gündüz 7-9 dərəcə isti təşkil edəcək.
Atmosfer  təzyiqi normadan yüksək 754 mm civə sütunu, nisbi rütubət 70-80 faiz olacaq. 
Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq.Qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz  3-7 dərəcə isti təşkil edəcək.

Xəbərdarlıq - 
Fevralın 26-sı axşamdan martın 1-i səhərədək hava şəraitinin bəzi rayonlarda qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
 
Geri dön