Ana Sayfa > Karusel / Gündəm / Hadisə > “Sədərək”də yanğın olub

“Sədərək”də yanğın olub


26-02-2019, 10:51. Yazar: xeber
“Sədərək”də güclü yanğın
Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində anbarlardan birində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən saat 10:21-də söndürülüb. 
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“Sədərək” Ticarət Mərkəzində yanğın təxminən 07:30 radələrində başlayıb
Bunu hadisə şahidlərindən biri deyib. 
O bildirib ki, həmin anbarda, əsasən, boya məhsulları saxlanılıb:
“20-30 yanğınsöndürən maşın cəlb edilib. Anbarın, demək olar ki, hamısı yanıb. Əsasən, boyaların saxlandığı anbar olub. Təxminən hər mağazanın burada 300-400 minlik malı olub. Səhər elektrik verilişindən sonra yanğın başladı. Yanan anbarın uzunluğu 50, eni 20 metrdir”, - o bildirib.
Geri dön