Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Bakıda YANĞIN - Bir ailədən 4 nəfər yandı, 1-i öldü

Bakıda YANĞIN - Bir ailədən 4 nəfər yandı, 1-i öldü


21-02-2019, 11:33. Yazar: xeber

19 fevral  saat 20:50 radələrində Suraxanı rayon Binə qəsəbəsi ərazisindən bir ailənin 4 üzvü yanıq xəsarətləri ilə Yanıq mərkəzinə gətirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, atanın əl, ananın ayaq nahiyələrində yanıq xəsarətləri olub:

“Vəziyyətləri yaxşı olduğuna görə buraxılıblar”.
Ailənin azyaşlı övladı isə yanıq xəsarətindən dünyasını dəyişib:
“2017-ci il təvəllüdlü oğlanın bədəninin 80 faizində 3 və 4-cü dərəcəli yanıq xəsarətləri olub, tənəffüs yolları yanıb. Gətirilərkən vəziyyəti ağır olub. Dünən 11:20-də dünyasını dəyişib. 2012-ci il təvəllüdlü qız uşağının isə bədənin 50-55 faizi yanıb. 3a və 3b dərəcəli yanığı diaqnozu vəziyyəti ağır stabildir”.


Geri dön