Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda ana gözlərini 13 yaşlı qızına vermək istəyir: "Məktəbdə uşaqlar onu ələ salır..."

Azərbaycanda ana gözlərini 13 yaşlı qızına vermək istəyir: "Məktəbdə uşaqlar onu ələ salır..."


20-02-2019, 20:12. Yazar: xeber
Azərbaycanda ana gözlərini 13 yaşlı qızına vermək istəyir: "Məktəbdə uşaqlar onu ələ salır..."

Azərbaycanda ana 13 yaşlı qızına öz gözünü vermək istəyir. 

Bu barədə mərhumun Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram"a çıxan və gözündə problem olan Ayanın anası bildirib. 

Ana söyləyib ki, qızı gözlərinə görə çox utanır: "Qızım deyir ki, ana, gözünü mənə ver. Mən də gözümü qızıma verməyə gəlmişəm. Atası yoxdur. Mən hamilə olanda küsüb atamgilə gəldim. Geri qayıdanda gördüm ki, başqası ilə evlənib. İndiki həyat yoldaşımın bizi saxlamağa imkanı yoxdur. Qızım hər dəfə deyir ki, ana, bu cür yaşamaq olmaz. Bir gözü tam görmür. Artıq ikinci gözünə keçib. 3 ildir məktəb üzü görmür. Uşaqlar ələ salır deyə məktəbə getmir".
Geri dön