Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Bakıda nənə və nəvəsi dəm qazından boğulub öldü

Bakıda nənə və nəvəsi dəm qazından boğulub öldü


20-02-2019, 13:34. Yazar: xeber

Bakıda nənə və nəvə dəm qazından boğulub.

Hadisə dünən Nərimanov rayonu, Məmməd Araz küçəsi 52 ünvanında baş verib.
Belə ki, 1951-ci il təvəllüdlü Əliyeva Sevil İsa qızı və nəvəsi, 2008-ci il təvəllüdlü İsmayılov Ülvi Elşad oğlu yaşadıqları mənzilin mətbəx otağında dəm qazından boğularaq ölüb.
Hadisə yerinə  hüquq-mühafizə orqanları əməkdaşları gəlib və meyitlərə baxış keçirilib. Müəyyən edilib ki, həmin şəxslər dəm qazından boğularaq dünyasını dəyişib.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü maddəsilə cinayət işi başlanıb.
Geri dön