Ana Sayfa > Karusel / Gündəm / M2 / Foto-fakt > Havanın dəyişməsinə hazır olun

Havanın dəyişməsinə hazır olun


19-07-2015, 18:04. Yazar: Xeberaz
Havanın dəyişməsinə hazır olun
Dağlarda hava arandan 10 dərəcəyə qədər sərin olacaq!
İyulun 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

ANS PRESS-in Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.Havanın temperaturunun gecə 20-23°, gündüz 27-32° isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23°, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24°, Türkan, Hövsan, Şıx, Sahildə 24-25° isti olacaq.

Azərbaycan rayonlarında hava əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək.Temperaturun gecə 18-23°, gündüz 28-33° isti olacağı gözlənilir, dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacağı gözlənilir.

Geri dön