Ana Sayfa > Karusel / Şou-Biznes > 240 minlik maşın hədiyyə edilən Afət bu dəfə qızılı ilə GÖZ QAMAŞDIRDI

240 minlik maşın hədiyyə edilən Afət bu dəfə qızılı ilə GÖZ QAMAŞDIRDI


18-02-2019, 14:33. Yazar: xeber

Son günlər dahi şair Nəsiminin "Sığmazam" qəzəlinin sözlərinə oxuduğu "Pəncu şeş" adlı qalmaqallı mahnısı ilə gündəmə gələn müğənni Afət Fərmanqızı "Zaurla Günaydın" proqramında qonaq olub.
Bu mahnı ilə uşaqdan böyüyə hər kəsin tanımağa başladığı müğənni verilişdə taxdığı qızıl əşyaları ilə diqqəti üzərinə çəkib.
Aparıcı Günay Baxşəliyeva "Bunların hamısı qızıldır?" sualı ilə müğənniyə müraciət edib.
Afət "Hə, ərəb qızılıdır. Bunlar hamısı gəldi gedərdir, amma mən sevirəm. Kim almaq istəyirsə, qızıl alıb hədiyyə edə bilər (gülür). Qadının yaraşığıdır" deyib.
Qeyd edək ki, Afətə 240 min manat dəyərində "Galenvagen" hədiyyə edilib.

Geri dön