Ana Sayfa > Karusel / Gündəm > Əfv Məsələləri Komissiyası bu gün növbəti iclasa toplaşır

Əfv Məsələləri Komissiyası bu gün növbəti iclasa toplaşır


14-02-2019, 15:46. Yazar: xeber
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.
İclasda əfvlə bağlı müraciətlərə baxılması nəzərdə tutulub.
Komissiyaya 1000-dən artıq müraciətin daxil olduğu bildirilir. Komissiyanın ötən iki iclasında 200-ə qədər müraciətə baxılıb.
Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının ötən il yanvarın sonlarından mayın ortalarına qədər davam edən iclaslarında 1200-dən artıq müraciətə baxılmışdı. İclasların ardınca, 2018-ci il mayın 24-də Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzaladı. Əfv sərəncamı ümumilikdə 634 nəfərə şamil olundu.
Geri dön