Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Ağdaş və Ucarda qəza: iki ölü

Ağdaş və Ucarda qəza: iki ölü


14-02-2019, 12:57. Yazar: xeber
Dünən Ağdaş və Ucar rayonlarında ölümlə nəticələnən yol nəqliyyat hadisələri baş verib. Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, fevralın 13-də 16 radələrində Ağdaş şəhəri ərazisində şəhər sakini H.Azəri idarə etdiyi “VAZ-21013” markalı avtomobili qarşıda gedən Zaqatala rayon sakini Ş.Məmmədovun idarə etdiyi ekskavatora vurub. Nəticədə, xəsarətlə xəstəxanaya yerləşdirilmiş H.Azəri orada ölüb. 
Həmin gün 20:00 radələrində Ucar rayonunun Qarabörk kəndi ərazisində Şəki rayon sakini C.Məmmədov idarə etdiyi “KamAZ-55111” markalı avtomobillə yolu keçən 50-55 yaşlı kişini vurub və nəticədə, həmin şəxs hadisə yerində ölüb.
Hər iki faktla bağlı araşdırmalar aparılır.
Geri dön