Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Qətlə yetirilən 18 yaşlı tələbə haqda YENİ FAKTLAR

Qətlə yetirilən 18 yaşlı tələbə haqda YENİ FAKTLAR


13-02-2019, 13:20. Yazar: xeber
Şirvanda qətlə yetirilən Rəşad Fətullayev Bakı Dövlət Universitetində birinci kursda təhsil alıb.Bu barədə BDU-dan məlumat verilib.
Bildirilib ki, Rəşad Fətullayev universitetin beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbəsi olub. O, semestr tətili olduğu üçün rayona gedib.
Hadisənin zarafat üstündə olduğu iddia olunur. Məlumata görə, Rəşad Fətullayev atasının mağazasının qarşısında A.Adıgözəlovla zarafatlaşıb. Daha sonra mübahisə yaranıb. A.Adıgözəlov onu bıçaqlayıb.
R.Fətullayev iki uşaqlı ailənin böyük oğlu olub. 

Geri dön