Ana Sayfa > Karusel / Siyasət / Gündəm > Əli Kərimlinin müşaviri azadlığa çıxdı

Əli Kərimlinin müşaviri azadlığa çıxdı


13-02-2019, 11:42. Yazar: xeber

AXCP sədrinin müşaviri azadlığa buraxılıb.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Məmməd İbrahim məhkəmə zalından azadlığa çıxıb.
O, 2014-cü ildə AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında həbs olunmuşdu.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə M.İbrahim 3 il müddətinə azadlıqdan məhrum edilib.
M.İbrahim həbsdə olan vaxt onun barəsində CM-nin 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddəsi ilə ittiham irəli sürülüb. Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, M.İbrahimin barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
16 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkən M.İbrahim Bakı İstintaq Təcridxanasına köçürülüb.
Suraxanı Rayon Məhkəməsinin hökmü ilə o, 5 ay 20 gün müddətinə azadlıqdan məhrum edilib.
Geri dön