Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Abşeronda ağır qəza: yaralılar var

Abşeronda ağır qəza: yaralılar var


6-02-2019, 11:42. Yazar: xeber
Abşeron rayonunda sərnişin avtobusu qəza törədib.Hadisə bu gün Abşeron rayonun Atyalı adlanan qəsəbəsində baş verib.  
99-KU-551 dövlət qeydiyyat nömrəli sərnişin avtobusu yüksək sürətlə yol kənarında dayanan TIR-a çırpılıb. İlkin məlumatlara görə, avtobusun əyləc sistemi tutmayıb, idarəetməni itirərək TIR-a çırpılıb.
Yaralanan sərnişinlər arasında hamilə qadının olduğu bildirilib. Hadisə yerinə polis və altı təcili tibbi yardım maşını cəlb edilib.  
Hadisə nəticəsində yaralanan sərnişinlər 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəstəxanadan Oxu.Az-a verilən məlumata görə, hazırda müxtəlif dərəcəli xəsarətlərlə 10 nəfər yaralı xəstəxanaya yerləşdirilib:
“10 nəfər yaralı gətirilib. Hazırda yaralılara təcili yardım göstərilir”.
(oxu.az)
Geri dön