Ana Sayfa > Karusel / Gündəm > Mağazalarda sellofan torbaların pulla satışına başlanıldı

Mağazalarda sellofan torbaların pulla satışına başlanıldı


6-02-2019, 10:54. Yazar: xeber

Bakıda bəzi mağazalarda sellofan torbalar artıq pulla satılır.
Mağazadan aldığın əşyanı qoymaq üçün əvvəllər pulsuz verilən sellofan torbalara görə indi minimum 20 qəpik ödəyirsən. Məqsəd ekologiya üçün ciddi təhlükə sayılan polietilen torbalardan istifadəni minimuma endirməkdir.
Mağaza sahibi İskəndər Cəbiyev deyir ki, torbaların pulla satışına 1 həftədir başlayıblar.
İskəndər Cəbiyevin sözlərinə görə, onların bu addımına əksər alıcının münasibəti müsbət olub.
Qeyd edək ki, bir müddət əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyi polietilən torbaların məhdudlaşdırılması ilə bağlı tədbirlər planı hazırlayıb. Tədbirlər planında plastik tullantılardan, xüsusən də polietilen torbalardan istifadənin mərhələli şəkildə qadağan edilməsi nəzərdə tutulub.
Geri dön