Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Türkiyədə təhsil alan azərbaycanlı tələbələr qəzaya düşdülər: ölən var

Türkiyədə təhsil alan azərbaycanlı tələbələr qəzaya düşdülər: ölən var


5-02-2019, 13:54. Yazar: xeber

Türkiyənin Biləcik vilayətində yol-nəqliyyat hadisəsi nəticəsində Azərbaycan vətəndaşı həyatını itirib.
Qəzada ağır yaralanan Türkiyədə ali təhsil alan, Naxçıvan Muxtar Respublikasının Şərur rayonun Dizə kənd sakini, 21 yaşlı Seyidov Mirsani Ağamir oğlu müalicə aldığı xəstəxanada vəfat edib.
Yaxınlarının verdiyi məlumata görə, cipdə onunla birlikdə olan qardaşı, tələbə Mirabbas Seyidovun səhhəti isə yaxşıdır.
Xatırladaq ki, fevralın 3-də M.Seyidovun idarə etdiyi 34 MM 1844 nömrə nişanlı ciplə fabrika işçilərini daşıyan avtobus toqquşub.
Qəzada cipin sürücüsü ilə yanaşı Mirsani Seyidov, Ersan Gülüm, İsmət Turan və Qürbət Çankaya və avtobusdakı 6 işçi yaralanıb. Yaralılar hadisə yerinə gələn tibb işçiləri tərəfindən Bilecik Dövlət Xəsatanasına aparılıb.

Geri dön