Ana Sayfa > Karusel / İqtisadiyyat / Gündəm > Azərbaycanda nə qədər problemli kredit var?

Azərbaycanda nə qədər problemli kredit var?


4-02-2019, 10:56. Yazar: xeber

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il yanvarın 1-nə 1 585 mln. manat təşkil edib.

BakuPost Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 6,1%, ötən il yanvarın 1-nə nisbətən isə 2,6% azdır.

Dekabrın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 12,2% təşkil edib. Bu nisbət noyabrın sonuna 13,4%, ötən ilin əvvəlinə isə 13,8% olub. 
Geri dön