Ana Sayfa > Karusel / Hadisə > Cəlilabadda 3 uşaq atası itkin düşdü

Cəlilabadda 3 uşaq atası itkin düşdü


3-02-2019, 15:05. Yazar: Xeberaz

 
Cəlilabad rayon sakini itkin düşüb.
Göytəpə şəhər Nizami küçəsi, ev 67-də yaşayan 1993-cü il təvəllüdlü Sahib Sahibəli oğlu Mahmudov yanvarın 25-də naməlum avtomobillə evdən çıxıb və bir daha geri qayıtmayıb. Yanvarın 25-dən 8 gün keçməsinə baxmayaraq, S.Mahmudovun yerini bilən yoxdur.

Onun yaxınları bu barədə polis bölməsinə məlumat verib. Hazırda S.Mahmudovun tapılması istiqamətində araşdırma aparılır. 

Qeyd edək ki, o, 3 azyaşlı uşaq atasıdır.

Daha əvvəl Cəlilabad rayonunda sahibkar intihar edib.
(report)
Geri dön