Ana Sayfa > Karusel / Gündəm > Babək prospektində nə baş verib? - RƏSMİ AÇIQLAMA

Babək prospektində nə baş verib? - RƏSMİ AÇIQLAMA


1-02-2019, 10:19. Yazar: xeber
Babək prospektində yenidən asfalt örtüyü çöküb.
Hadisə bu gün axşam saatlarında baş verib.
Yolda hərəkətdə olan 99-CA-956 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil çuxura düşüb. Hadisə yerinə təcili yardım briqadası və avtomobili çuxurdan çıxarmaq üçün xüsusi texnika çağırılıb. Sürücünün səhhəti barədə məlumat yoxdur.
Qeyd edək ki, prospekt aylardır aparılan yenidənqurma işlərindən sonra ötən il dekabrın 10-da sürücülərin istifadəsinə verilib.
Geri dön