Ana Sayfa > Karusel / Maraqlı / M2 > Məhkumları damğalayan cəmiyyət - İŞƏ GÖTÜRMÜRLƏR

Məhkumları damğalayan cəmiyyət - İŞƏ GÖTÜRMÜRLƏR


31-01-2019, 12:34. Yazar: xeber
Məhkumları damğalayan cəmiyyət - İŞƏ GÖTÜRMÜRLƏR - VİDEO
Hər hansı bir səhvinə görə qanun qarşısında cəzasını çəkib bitirənləri bir də cəmiyyət təkrar cəzalandırır.

ARB TV-nin “Günə doğru” proqramına müraciət edən Taleh adlı tamaşaçı bir vaxtlar yaşadığı məhkumluq həyatının ində də ona çətinlik yaratdığını deyib.

O, bildirib ki, hətta fəhlə işi üçün müraciət etsə bələ həbsdə yatdığını əsas gətirərək onu işə götürmək istəmirlər.

Sahib Məmmədov - Epkert: “Bunlara münasibətdə cəmiyyət də, o cümlədən əmək kollektivlərində bir seqmatik yanaşma var. Maneə olan ən ciddi məsələllərdən biri də budur”.

Məhbusların cəmiyyətə inteqrasiyası, adaptasiyasında psixoloji və sosial problemlər var. Bir çox məhbus həbsdən çıxdıqdan sonra cəmiyyətə adaptasiya oluna bilmədiyindən, şəxsi və ailə təlabatını ödəyə bilmədikdə təkrar cinayətlərə əl atmalı olur. Problem tək cəmiyyətdə deyil, həmin məhbuslarda da yaşanır, onların dünya görüşündən, şüur və psixologiyasından qaynaqlanır.

Şəmsəddin Əliyev - Sabiq Polis rəisi: “Sadəcə bizim soydaşlarımız buna əhəmiyyət vermir. Düşünürlər ki, əvvəlki kimi, yüngül bir üsulla öz ehtiyaclarını ödəsin”.

Qəbul olunan qanuna görə, məhbuslar azadlığa çıxmazdan əvvəl xüsusi maarifləndirmə işinə cəlb edilməlidirlər. Eyni zamanda onların peşə öyrənilməsi üçün də xüsusi kurslar yaradılmalıdır.

Sahib Məmmədov - Ekpert: “Onlara pul yardımı edilir. Məşğulluq mərkəzlərinə yönləndirilir evlə də təmin olunur”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məhkum olunan şəxslərlə bağlı qanundan irəli gələn öhtəliklərini yerinə yetirdiyini deyir. Nazirlik tətbiq etdiyi bütün yeni layihələrdə həmin kateqoriyadan olan insanların da nəzərə alındığını deyir.

Niyazi Rəhimov - “DOST İş Mərkəzi”nin direktoru: “Azadlığa çıxan vətəndaşımız, tam hüquqlu insandır. İşlə təmin oluna bilər. Bununla bağlı hər hansı bir ayrıseçkilik və məhtudiyyət yoxdur”.

Məhkum olunan şəxslərin işlə bağlı qarşılaşdığı əsas maneələrdən bir də, işçi kütləsinin çoxluğudur. Mütəxəssislər həmin şəxslərin başqa peşələrdə işlə təminatı üçün xüsusi və təlabata uyğun peşə kursların yaradılmasını da vacib sayır. 
Geri dön