Ana Sayfa > Karusel / İbadət > Xoşbəxt ailəyə malik olmaq üçün İslam dininin tövsiyələri
Xoşbəxt ailəyə malik olmaq üçün İslam dininin tövsiyələri31-01-2019, 11:25. Yazar: xeber |
İslam dini həm kişi və həm də qadın üçün vacib və müstəhəb əməllər təyin etmişdir ki, onlara əməl edərək, xoşbəxt bir ailənin təməlini qura bilərlər. Bu vəzifələr ilə tanış olaq: - Bir-birinin hörmətini saxlamaq. - Bir-birinin ruhi və cismi ehtiyaclarını təmin etmək. - Yersiz sui-zəndən çəkinmək. - Bir-birinin eybini heç kəsə deməmək. - Bir-biri üçün Allaha dua etmək. - Kobudluqdan, acı sözlərdən, üzü turşutmaqdan və bir-birinə əziyyət verəcək əməllərdən çəkinmək. - Başqalarını, həyat yoldaşının yanında tərifləməkdən çəkinmək. Belə ki, xanım başqa naməhrəmi əri yanında tərifləməməlidir, həmçinin əksi də. - Bir-birini, qohum və əzizlərini təhqir etməkdən çəkinmək. - Bir-birinin kobud əxlaqına səbir etmək. - Həyat çətinlikləri ilə məntiqli qarşılaşmaq və hisslərə qapılmamaq. - Bir-birinə sevgi göstərmək. - Yalandan, xəyanətdən çəkinmək. Sədaqətə, əmanətə və güzəştə riayət etmək. - Bir-birinin qohumlarına hörmət etmək və qonaqlar arasında fərq qoymamaq. - Əzizlərinə xüsusi əlaqə və sevgi göstərmək. Həzrət Peyğəmbər (s) buyurur: “Bəndənin imanı hər nə qədər çox olarsa, xanımına olan məhəbbəti də çoxalar”. İmam Əli (ə) buyurur: “Həmişə həyat yoldaşınla mehriban ol və onunla yaxşı yoldaş ol ki, həyatın səfalı olsun”. (Beytutə) Həzrət Peyğəmbər (s) buyurur: “Kişinin həyat yoldaşının ağzına qoyduğu tikəyə görə savabı vardır”. Geri dön |