Ana Sayfa > Karusel / Şou-Biznes > Necati Şaşmaz 7 illik həyat yoldaşından boşanır

Necati Şaşmaz 7 illik həyat yoldaşından boşanır


30-01-2019, 15:47. Yazar: xeber

“Kurtlar vadisi” serialının Polat Elemdarı kimi məşhurlaşan aktyor Necati Şaşmaz boşanır.
Aktyor ilə  7 illik həyat yoldaşı Nagehan Şaşmaz ailə həyatına son qoyur. Bu haqda Şaşmazın vəkili məlumat yayıb.
O, bildirib ki, dəfələrlə boşanmaq istəyən cütlük  evliliklərindəki problemləri həll edə bilməyib və ayrılmağa qərar verib.
Qeyd edək ki, 2012-ci ildə ailə qurub. Onların bir övladı var. Bir müddət öncə şaşmazın həyat yoldaşına gənc qızla xəyanət etdiyi haqda xəbərlər yayılmışdı.
Geri dön