Ana Sayfa > Karusel / M2 / Müsahibə > “Xəstədən rüşvət almaq çox layiqsiz hərəkətdir” - Neftçilər Xəstəxanasının baş direktoru

“Xəstədən rüşvət almaq çox layiqsiz hərəkətdir” - Neftçilər Xəstəxanasının baş direktoru


29-01-2019, 12:34. Yazar: xeber


2018-ci ilin oktyabr ayından səhiyyə nazirinin əmri ilə Mərkəzi Neftçilər xəstəxanasına yeni baş direktor təyin olundu. O, invaziv  kardioloq cərrah Ülvi Mirzoyevdir.
Xəbəraz.Az disput.az-a istinadən yeni direktorun son aylar ərzində xəstəxanada hansı dəyişikliklər etməsi barədə suallara cavablarını təqdim edir.

Tibbi təhsilini xaricdə alan , magistraturanı Ankarada bitirmiş Ülvi Mirzoyev artıq 10 ildir ki, Bakıdadır. O, həmçinin Azərbaycan Kardioloqlar Cəmiyyətinin invaziv qrupunun rəhbəridir. 

-Ülvi həkim, bu vəzifəyə təyin olunduqdan sonra xəstəxanada hansı çətinliklərlə qarşılaşdız və ilk növbədə nələri həll etməli oldunuz?
-Baxmayaraq ki, xəstəxana ölkənin ən böyük, məşhur klinikalarından biridir, burda kifayət qədər ciddi problemlər var idi. Son illər yaxşı kadrların xəstəxanadan çıxması, maddi çətinliklər və s. Mənim qarşımda duran başlıca tapşırıq – xəstəxananın strukturunu  modernləşdirmək, ekonomik nəzarət və xidmətin yaxşılaşdırılması idi. Elə ilk olaraq da bundan başladım. 
Əsas ideya pasiyentlərə qayğı və diqqəti artırmaq oldu. Biz ilk növbədə unutmamalıyıq ki, hər səhər işə gəlib ağ xalatı geyinərək, xəstələrin qayğısına qalmalı insanlarıq. 

Və biz xəstələrin müalicəsində beynəlxalq standartlara cavab verən, ciddi peşəkar təşkilatların məsləhət gördüyü metodları tətbiq etməliyik. 
İlk başda yeni ab-havaya uyğunlaşmaq çətin oldu. Çünki həkimlərin adət etdiyi vərdişlərini dəyişmək çox çətindir. Onlar illərlə müəyyən sxem üzrə işləməyə alışıblar, dəyişikliklər təbii narazılığa səbəb olur.
 
Hazırda pasiyentin xidmət və müalicənin keyfiyyətindən tam razı qalması üçün hər şey edirik. Personalla da işimizi bu yöndə qurmuşam. Biz hətta keyfiyyət üzərində nəzarət mexanizmi də yaratmışıq. Bu nəzarət tibb bacılarından tutmuş xəstənin qohumlarına kimi hər kəsi əhatə edir.

-Personalla rəhbər-işçi münasibətləriniz necədir?
-Mən çox demokratik insanam və rəhbərliyi müasir metodlarla icra edirəm, təhkimçilik prinsipləri ilə yox. Personal başa düşməlidir ki, klinikada iş komanda işidir, burda şəxsi prinsiplər ola bilməz. Personal daim öz üzərində işləməli, daim öyrənməli, oxumalıdır. Ona görə müxtəlif treninqlər təşkil edirik. Hamı bilir ki, irəli gedə bilməyən geridə qalacaq. Yerində durmaq kimi vəziyyət yoxdur. 
-Bu qısa müddətdə fikrinizdə tutduqlarınızdan nəyi reallaşdıra bilmisiz?
-Bizim xəstəxananın laboratoriyasının keyfiyyəti çoxdan məlumdur. Onu daha da müasirləşdirdik və laboratoriya klinikanın digər şöbələri ilə daha orqanik bağlıdır. Daha sonra uğurla hospitəlizə xidmətini təşkil etdik. Bu da xəstəxanada vacib şöbədir. 
Əgər bizim hər birimiz öz işi ilə professional məşğul olsa, ümumilikdə ölkənin inkişafına təkan vermiş olarıq. Ola bilər, hansısa qüvvələr var ki, ölkənin səhiyyəsinin inkişafını istəməsin, buna mane olsun. Bizim xəstəxananın inkişafına qarşı da süni maneələr yaradılsın, mənə qarşı qara piar aparılsın. Bütün bunlara fəlsəfi yanaşıram və başa düşürəm ki, bu inkişaf prosesinin qaçılmaz bir hissəsidir, olmalıdır. Tənqid olmalıdır, amma o da konstruktiv olmalı və təhqir və böhtan sərhədini keçməməlidir. 

-Nələri dəyişmək və tətbiq etmək istərdiniz? Məsələn, həkimin xəstədən pul alması kimi qlobal məsələ.
-Mən dəfələrlə demişəm ki, xəstədən rüşvət almaq çox layiqsiz bir hərəkətdir. Buna şəxsən mənim ehtiyacım yoxdur. Mən sadə ailədə böyümüşəm, düzgün tərbiyə almışam. Bir invaziv kardioloq kimi yaxşı da qazanıram. Mənim əlavə gəlirə, rüşvətə ehtiyacım yoxdur. Mənim əməliyyatlarımdan pasiyentlər razıdır və mən işlərimə görə xaricdən olan kolleqalarımın qarşısında utanmıram. Ona görə adımı  rüşvət, pul işində ləkələmək ağılsızlıq olar. 
Tezliklə biz icbari tibbi sığortaya keçəcəyik. Bizim vəzifəmiz bu proqramı maksimum effektiv həyata keçirməkdir.
 
Pasiyentə təyin olunan istənilən növ müalicənin həqiqətən ona vacib olub-olmadığına diqqət yetirmək lazım olacaq. Bununla həm pasiyentin vaxtına, həm dövlətin maliyyə resurslarına qənaət etmiş olacağıq. 

Bu gün nə edirəmsə, nə düşünürəmsə, Neftçilər xəstəxanasının imic və keyfiyyətini daha da yaxşılaşdırmaq naminə edirəm. Mənim üçün başlıca amal – personalın işindən məmnun olması, bizə müalicə üçün üz tutan pasiyentlərin bizdən istədiklərini ən yüksək səviyyədə almasıdır. 
Geri dön