Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda 29 yaşlı oğlanı güllələdilər

Azərbaycanda 29 yaşlı oğlanı güllələdilər


26-01-2019, 08:41. Yazar: xeber

 

Tovuzda yerli sakin güllələnib.
Xəbəraz.Az report-a istinadən xəbər verir ki, hadisə Tovuz şəhərində qeydə alınıb. 

Rayonun Abulbəyli kənd sakini, 1990-cı il təvəllüdlü Eldəniz Zirəddin oğlu Kazımov topuğundan güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilib. Onun hansı şəraitdə güllələndiyi araşdırılır.

Daha əvvəl Tovuz rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.


Geri dön