Ana Sayfa > Karusel / Səhiyyə / M2 > Bu təhlükədən xəbəriniz olsun

Bu təhlükədən xəbəriniz olsun


19-07-2015, 10:47. Yazar: Xeberaz
Bu təhlükədən xəbəriniz olsun
Alman alimlərinin apardığı tədqiqatların nəticələrinə görə, dərmanları əzərək içmək sağlamlığa zərər verir.

Həkim məsləhəti olmadan kapsulları açaraq, içmək təhlükəlidir. Mütəxəssislərin sözlərinə görə, bəzi dərmanlar əzildikdə havayla reaksiyaya girərək, zəhərə çevrilir. Ona görə də həkimlər kapsulların içini açıb, suya qataraq, içməyi də qadağan edib.

Alimlərin sözlərinə görə, dərmanları əzərək istifadəsi zamanı zəhərə çevrilməsə belə mədəyə zərər verir. Bundan əlavə yaxşı effekt vermir.

Aparılan tədqiqatlarda xəstələrə verilən zədələnməmiş dərmanların əzilmiş dərmanlardan daha çox fayda verdiyi məlum olub. Bu səbəbdən də mütəxəssislər həkim məsləhəti olmadan dərmanları əzərək istifadəsini qadağan ediblər.
Geri dön