Ana Sayfa > Karusel / Dünya / Təhsil / M2 > İsveçdə Azərbaycan dili dərsləri başladı

İsveçdə Azərbaycan dili dərsləri başladı


25-01-2019, 08:25. Yazar: Xeberaz
İsveçdə Azərbaycan dili dərsləri başladı
 
İsveçin Malmö şəhər universitetinin “Mədəniyyət və cəmiyyət” fakültəsi nəzdində fəaliyyət göstərən Rusiya və Qafqaz Regionu Araşdırmaları Mərkəzində bakalavr pilləsində təhsil alanlar üçün Azərbaycan dili kursları açılıb.
“Xeberaz.Az”  xəbər verir ki, kurslar xüsusi təhsil proqramı çərçivəsində təqdim olunur.
Burada Azərbaycan dili ilə yanaşı, tələbələrə rus və gürcü dilləri üzrə dərslər də təklif edilir.
Qeyd edək ki, Rusiya və Qafqaz Regionu Araşdırmaları Mərkəzində indiyədək yalnız rus və gürcü dilləri üzrə kurslar təklif olunurdu.
Geri dön