Ana Sayfa > Karusel / İqtisadiyyat / Foto-fakt / Texnologiya > “Huawei P30” və “P30 Pro” smartfonlarının detalları ortaya çıxdı

“Huawei P30” və “P30 Pro” smartfonlarının detalları ortaya çıxdı


25-01-2019, 08:21. Yazar: Xeberaz
“Huawei P30” və “P30 Pro” smartfonlarının detalları ortaya çıxdı
Çinin “QQ” adlı saytı öz mənbələrinə istinadən “Huawei P30” ilə “P30 Pro” smartfon modellərinin özəllikləri barəsində məlumatlar yayıb.
“Xeberaz.Az” Technote-yə istianadən xəbər verir ki, əvvəlki modeldən fərqli olaraq “P30” modeli OLED ekranla təchiz olunacaq.
Smartfon 6.1 düym ekrana və ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyasına sahib olacaq. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon “Kirin 980” prosessoru, 8 GB RAM və üçlü arxa kamera ilə təchiz olunacaq. Bundan başqa, şirkət P30 modelində ənənəvi 3.5 mm-lik audiogirişi saxlayacaq.
“P30 Pro” modeli isə bəzi özəlliklərə görə  “P30”dan fərqlənəcək. Belə ki, “P30 Pro” modeli 6.5 düymlük böyük OLED ekrana sahib olacaq və barmaq izi skanı texnologiyası ekrana inteqrasiya ediləcək. “P30 Pro” da üçlü arxa kameraya sahib olacaq və kamera modullarından biri daha yüksək optik zoom üçün nəzərdə tutulacaq. “P30” modeli kimi “P30 Pro” da “Kirin 980” prosessoru vasitəsilə çalışacaq, lakin 12 GB RAM ilə təchiz olunacaq.
Məlumata görə, “P30” flaqman seriyası bu ilin birinci yarısında təqdim edilməlidir.
Geri dön