Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Neftin qiymətindən xəbər VAR
Neftin qiymətindən xəbər VAR25-01-2019, 08:13. Yazar: Xeberaz |
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 23-də 62,74 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,44 dollar/barel azdır. "Xeberaz.Az" xəbər verir ki, bu barədə trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 61,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,4 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 59,29 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,33 dollar/barel azdır. Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin son qiyməti əvvəlki qiymətlə müqayisədə dəyişməyib və 60,98 dollar/barel təşkil edib. Geri dön |