Ana Sayfa > Karusel / Maraqlı > Azərbaycanda 1-ci sinifdə cəmi bir şagirdi olan məktəb

Azərbaycanda 1-ci sinifdə cəmi bir şagirdi olan məktəb


24-01-2019, 13:32. Yazar: xeber

İsmayıllı rayonunun Gəndov kəndində birinci sinifdə cəmi bir şagird oxuyur. 
Bu barədə azvision.az-a Gəndov kənd ümumi orta məktəbin direktoru Xuraman Qurbanova məlumat verib. Onun sözlərinə görə, şagirdlərin sayı az olduğundan ibtidai siniflər komplekləşdirilib.
"I və III siniflərdə 3 nəfər, II və IV siniflərdə isə 6 nəfər şagird var. Uşaq sayının az olması kəndlərdə gənc ailələrin sayının az olması ilə əlaqədardır. Bizim məktəbə Gəndov kəndi daxil olmaqla, yaxın 5 kənddən şagidlər gəlir. Bunlar Köhnə Daxar, Müşgəmir, Namazgah və Dərə kəndləridir", - direktor vurğulayıb. 

Geri dön