Ana Sayfa > Karusel / Gündəm > Araz Musayev Nərminin xeyrinə qərar verən hakimdən şikayət etdi

Araz Musayev Nərminin xeyrinə qərar verən hakimdən şikayət etdi


23-01-2019, 16:00. Yazar: xeber
Araz Musayev Nərminin xeyrinə qərar verən hakimdən şikayət etdi
Xəbər verdiyimiz kimi, idmançı Araz Musayevin psixoloq Nərmin Şahmarzadəyə qarşı məhkəmə iddiası icraata götürülməyib.
İdmançı bu haqda sosial şəbəkədə yazıb.

O deyib ki, qərardan şikayət edəcəklər:

"Nərmin Şahmarzadə ilə bağlı işə xitam verildi yazan saytlara və KİV nümayəndələrinə demək istəyirəm ki, şikayətimizi hakim icraata götürmədi. Şikayət icraat götürülmədən ona necə xitam verə bilər? Hakim işi icraata qəbul edib şikayətimizə mahiyyəti üzrə baxmaqdan imtina etdi. Qərarı götürəndən və iclas protokolları ilə tanış olduqdan sonra müəyyən edəcəyik ki, yenidən Xətai rayon məhkəməsinə verək yoxsa qərardan apellyasiya şikayəti edək".

Araz Musayev hakimdən də şikayət etdiklərini deyib: "Hakim Bəxtiyar Məmmədov məhkəmə iclası zamanı açıq aşkar göstərdiyi qərəzli mövqeyi barəsində isə Məhkəmə hüquq şürasına şikayət veriləcəkdir"

Qeyd edək ki. idmançı psixoloq Nərmin Şahmarzədəni Milli Qəhrəman Mübariz İbrahimov haqda səsləndirdiyi fikirlərə görə məhkəməyə verib.
Araz Musayev Nərminin xeyrinə qərar verən hakimdən şikayət etdi

Geri dön