Ana Sayfa > Karusel / Hadisə / Dünya > Faciəvi şəkildə ölən futbolçunun WhatsApp-da səsli mesajı yayıldı: "Çox qorxuram..."

Faciəvi şəkildə ölən futbolçunun WhatsApp-da səsli mesajı yayıldı: "Çox qorxuram..."


23-01-2019, 11:19. Yazar: xeber
Faciəvi şəkildə ölən məşhurun WhatsApp-da səsli mesajı yayıldı: "Çox qorxuram..." - FOTOLAR+VİDEO
İngiltərənin "Kardiff Siti" klubunun argentinalı futbolçusu, 28 yaşlı Emiliano Salanın həlak olduğu güman edilir.

Uels klubunun Fransanın "Nant" klubundan 20,5 milyon avroya transfer etdiyi futbolçu "Piper Malibu" təyyarəsində olub. Nantdan Kardiffə uçan təyyarə La-Manş boğazı üzərində, Normand adalarına daxil olan Hernsi adasının sahillərinin yaxınlığında radarlardan itib.

Təyyarə səmaya qalxmazdan əvvəl Emiliano Sala dostuna WhatsApp-la səsli mesaj yollayıb və deyib: "Sanki bu dəqiqə parçalanacaq təyyarədəyəm, Kardiffə yollanıram. Əgər saat yarım ərzində məndən xəbər olmasa, bilmirəm, onlar məni axtarmağa adam yollayacaqlar, ya yox. Bilirsən, çətin ki, məni tapsınlar. Çox qorxuram".

Emilianonun atası səsin oğluna məxsus olduğunu təsdiqləyib.

"Kardiff Siti" klubu qəza ilə bağlı olaraq bütün məşqləri təxirə salıb.

Emiliano Sala "Kardiff"in tarixində ən bahalı transfer idi. Klub onunla müddəti 2022-ci ildə başa çatacaq müqavilə imzalamışdı.

"Kardiff" ilə yanaşı, "Nant" klubu da bir günlük matəm elan edib.
Geri dön