Ana Sayfa > Karusel / Gündəm / Hadisə > “Hyundai” üç piyadanı vurdu - biri öldü

“Hyundai” üç piyadanı vurdu - biri öldü


22-01-2019, 15:42. Yazar: xeber
Qusar şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Bu haqda Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, yanvarın 21-də saat 19 radələrində Qusar şəhəri ərazisində İmamqulukənd kənd sakinləri - Elşad Aslanxanovun və Azad Şıxqayıbovun idarə etdikləri “Hyundai” və “VAZ-21154” markalı avtomobillər toqquşub.
Sonradan E.Aslanxanov idarəetməni itirdiyindən yaxınlıqda olan şəhər sakinləri Samir Salmanovu, İdris Seyfullayevi və Kamran Sədiyevi vurub. Nəticədə S.Salmanov hadisə yerində ölüb, digər 2 piyada xəstəxanaya yerləşdiriliblər.
Qusar RPŞ tərəfindən araşdırma aparılır. 


Geri dön