Ana Sayfa > Karusel / Hadisə > Tələbə qız dəm qazından zəhərləndi-Şamaxıda

Tələbə qız dəm qazından zəhərləndi-Şamaxıda


22-01-2019, 15:40. Yazar: xeber
Şamaxının Şəhriyar qəsəbəsində tələbə qız dəm qazından boğulub.Bərdə rayon sakini, 2000-ci il təvəllüdlü Nəsibli Güldəstə Elçin qızı hamamda yuyunarkən dəm qazından zəhərlənib.
G.Nəsibli hadisə yerinə gələn təcili  tibbi yardım avtomobili ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəyə ilkin tibbi yardım göstərilib, reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Qeyd edək ki, G.Nəsirli Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı Filialında təhsil alır.
Geri dön