Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Ofisiant müştərini bıçaqladı-Bakıda

Ofisiant müştərini bıçaqladı-Bakıda


18-01-2019, 12:17. Yazar: xeber
Bakıda restoranda bıçaqlanma hadisəsi baş verib.
Hadisə paytaxtın Xətai rayonu, M.Hadi küçəsi 152 ünvanında yerləşən "Təbrik" şadlıq sarayında baş verib.
Şadlıq sarayında ofisiant işləyən 1996-cı il təvəllüdlü Seyidzadə Elşən Coşqun oğlu 1981-ci il təvəllüdlü Muradov Rəcəb Baba oğlu ilə mübahisə edib.
Mübahisə nəticəsində E.Seyidzadə R.Muradovu bıçaqlayıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

Geri dön